27.02.2023

Şəhid ailələri ilə görüş

Fevralın 27-də Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov şəhid ailələri ilə görüşüb.

Görüşdə təhsil sektorunun əməkdaşları və l və ll Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəxslərin valideynləri iştirak ediblər.

Sektor müdiri Elşən Ələsgərov Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Vətən Müharibəsində qazanılmış zəfərlə torpaqlarımızın azad edilməsi və Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açıb. Vətən müharibəsi zamanı zamanı canından keçən şəhidlərin bu qələbədə böyük rolu olduğu qeyd edib, onlara Allahdan rəhmət diləyib.

Görüş zamanı şəhid ailələri dinlənilib, onların sualları cavablandırılıb.


Açar sözlər: