Qazax-Tovuz Regional Təhsil İdarəsində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, müdir müavini, sektor müdirləri və idarədə çalışan qadın əməkdaşlar iştirak ediblər.
Tədbirdə çıxış edən Arslan Hacıyev ilk olaraq kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan idarə müdiri xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib.
Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə idarənin xanım əməkdaşlarına gül səbətləri təqdim edilib.