Martın 6-da Gədəbəy rayon məktəbləri üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib.
Gədəbəy rayonu üzrə təhsil sektorunun tərkibində yaradılmış işçi qrup tərəfindən şagirdlərin təqdimatı dinlənilərək qiymətləndirilib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.