Martın 6-da Ağstafa rayon Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbdə "Erkən nikahın fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin psixoloqu, müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Dəyirmi masada erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, problemin aradan qaldırılması yolları və bu istiqamətdə birgə aparılan ardıcıl maarifləndirmə tədbirlərindən söhbət açılıb.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.