Fevralın 27-dən ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək.
"İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
Bu məqsədlə Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan təhsil müəssisələrində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilir.