28.02.2023

Od çərşənbəsi qeyd edilib

Fevralın 28-də Şəmkir şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasında od çərşənbəsi qeyd edilib.

Çərşənbənin qeyd edilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.

Uşaqların iştirak etdiyi tədbirdə od çərşənbəsi ilə bağlı məlumat verilib. Daha sonra uşaqlar şeirlər söyləyib, mahnılar ifa edib, rəqs nümunələri ilə çıxış ediblər.