24.02.2023

9-cu siniflərində monitorinq keçirilib

Fevralım 23-də Tovuz rayon Yanıqlı kənd A.Hüseynov adına tam orta məktəbin 9-cu siniflərində monitorinq keçirilib. Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə təşkil edilən monitorinqdə şagirdlər Ana dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25 və xarici dil fənni üzrə 30 sualı cavablandırıblar. Məktəb rəhbərliyi tərəfindən keçirilən imtahanda açıq suallarla bərabər qapalı suallardan da istifadə olunub və testlər buraxılış imtahanı modelinə uyğun hazırlanıb.

Cavablar yoxlandıqdan sonra sinif rəhbərlərinə təqdim olunacaq və müzakirələr aparılacaq.


Açar sözlər: ,