23.02.2023

Nə? Harada? Nə zaman? formatında intellektual yarış təşkil edilib

Fevralın 23-də Şəmkir rayonu üzrə təhsil sektorunun, Gənclər İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin və Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 fevral-Xocalı Soyqırımına həsr olunmuş Nə? Harada? Nə zaman? formatında intellektual yarış təşkil edilib.

8 komandanın iştirak etdiyi yarışda Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin komandası l yerə, Dəllər qəsəbə Z.Abbasov adına tam orta məktəbin komandası ll yerə, Sərxan tam orta məktəbin komandası IIl yerə layiq görülüblər.


Açar sözlər: ,