21.02.2023

"Heydər Əliyev və dil siyasəti" mövzusunda tədbir təşkil olunub

Fevralın 21-də Ağstafa rayon S.Məmmədov adına Poylu kənd tam orta məktəbində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Heydər Əliyev və dil siyasəti" mövzusunda tədbir təşkil olunub.

Tədbirdə məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.

Məktəbin müəllimi Xəyalə Rüstəmova çıxış edərək Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlərindən danışıb. Ulu öndərin dil ilə bağlı siyasətinin əsl məktəb olduğunu və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə edildiyini vurğulayıb. Həmçinin Heydər Əliyevin yeritdiyi siyasətin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Sonra şagirdlər dil haqqında şeirlər söyləyib, mahnılar ifa edib, kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,