21.02.2023

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrində 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötümək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Məktəblərdə “Dil xalqın varlığıdır!”, “Dilimiz-dəyərimizdir”, “Ana dilimizi sevək və qoruyaq”, "Ana dilim-doğma dilim", “Azərbaycan dili-milli varlığımızıdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var.

Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,