20.02.2023

"Heydər Əliyev rəssamların əsərlərində" adlı rəsm müsabiqəsi təşkil edilib

Ağstafa rayon İcra Hakimiyyətinin, Ağstafa rayonu üzrə təhsil sektorunun, Ağstafa Regional Mədəniyyət İdarəsinin və Ağstafa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev rəssamların əsərlərində" adlı rəsm müsabiqəsi təşkil edilib.

Rəsm müsabiqəsinin keçirilməsinin məqsədi ulu öndər Heydər Əliyev irsini daha yaxşı təbliğ etmək, uşaq və gənclərin yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarətdir.

I, II və III yerə layiq görülən şagirdlər Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,