20.02.2023

"Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib

Fevralın 20-də Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbdə "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. 

Tədbirdə şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirib, səhnəciklərlə çıxış ediblər.

Qeyd edək ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbirlər təşkil edilir.


Açar sözlər: ,  ,