14.02.2023

"Gənclərin milli ruhda tərbiyəsi, onlara vətənpərvərlik ruhunun aşılanması" mövzusunda maarifləndirici tədbir keçirilib

Fevralın 14-də Tovuz şəhər A.Qasımov adına tam orta məktəbdə "Gənclərin milli ruhda tərbiyəsi, onlara vətənpərvərlik ruhunun aşılanması" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Çıxış edənlər gənclərin və məktəblilərin düzgün tərbiyə olunmasında milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulayıblar. Həmçinin, gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalı, yaxşı oxumalı, bilikli, savadlı olmalı, ölkənin tarixini yaxşı bilməli olduğunu qeyd ediblər.

Tədbir diskusiya şəklində davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,