Fevralın 15-də Gədəbəy rayon Qoşabulaq kənd R.İsmayılov adına tam orta məktəbdə məzunlarla görüş keçirilib. Görüşdə məktəbi bitirən və hal-hazırda ali təhsil müəssisələrində təhsil alan məzunlar, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Çıxış edən məzunlar ölkəmizdə təhsilin inkişafına və gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Onlar Vətənimiz və xalqımız üçün layiqli vətəndaş olmağa çalışacaqlarını qeyd ediblər.