15.02.2023

Buraxılış imtahanlarına hazırlıq məqsədilə monitorinq keçirilib

 

    Fevralın 15-də Ağstafa rayon Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbdə 11-ci siniflərdə buraxılış imtahanlarına hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə monitorinq keçirilib. Monitorinq sualları Ana dili, riyaziyyat və xarici dil fənnləri olmaqla 11-ci sinif buraxılış imtahanlarının birinci mərhələsinə uyğun olaraq hazırlanıb. Nəticələr yoxlanıldıqdan sonra sinif rəhbərlərinə təqdim ediləcək və müzakirələr aparılacaq.


Açar sözlər: ,