13.02.2023

"Erkən nikaha və narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib

 

Fevralın 13-də Tovuz rayon Düz Qırıqlı kənd tam orta məktəbində "Erkən nikaha və narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Tovuz rayon polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, qız uşaqları arasında erkən nikahın qarşısını almaq, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirdə məktəblilərə narkotik vasitələrin ziyanlarından, real örnəklərdən, istənilən tütün məmulatlarının orqanizmdə törətdiyi böyük fəsadlardan bəhs olunub.Həmçinin, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, problemin aradan qaldırılması yolları və bu istiqamətdə birgə aparılan ardıcıl maarifləndirmə tədbirlərindən söhbət açılıb.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,