13.02.2023

"Heydər Əliyev İli"nə həsr olunmuş dəyirmi masa təşkil edilib

Martın 13-də Ağstafa rayon Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli"nə həsr olunmuş dəyirmi masa təşkil edilib. Dəyirmi masada məktəb rəhbərliyi və şagirdlərlə bərabər Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin dekan müavini, tibb xidməti polkovniki Məharət Rzayev də iştirak edib.

Çıxış edənlər ümummilli lider Heydər Əliyev haqqında dəyirmi masa iştirakçılarına geniş məlumat veriblər.

Tədbirin sonunda Məharət Rzayev lX və Xl sinif şagirdləri arasında hərbi məktəblərə qəbul qaydaları haqqında məlumat verib. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,