13.02.2023

“Əlaçı” televiziya layihəsinin seçim turu keçiirlib

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak ediblər. Seçim turunda Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından ümumilikdə 138 nəfər şagird iştirak edib.

Müsabiqənin yekunlarına görə ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak edəcəklər.

Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.


Açar sözlər: ,