02.02.2023

2 fevral-Gənclər Gününə həsr olunmuş intellektual yarış təşkil edilib

Fevralın 2-də Şəmkir rayonu üzrə təhsil sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyi, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin və Şəmkir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Gənclər Gününə həsr olunmuş intellektual yarış təşkil edilib.

Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 13 komanda mübarizə aparıb.

Yekunda C.Rüstəmov adına tam orta məktəbin “Near gang” komandası I yerə, kimya-biologiya təmayüllü liseyin "Near gang” komandası II yerə, Morul tam orta məktəbin “Morul” komandası isə III yerə layiq görülüb. Qaliblər hədiyyə və diplomlarla təltif olunublar.


Açar sözlər: ,