02.02.2023

2 Fevral-Gənclər Günü münasibətilə tədbirlər keçirilib

Fevralın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2 Fevral-Gənclər Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə 1997-ci ildə imzalanmış sərəncama əsasən hər il 2 fevralın ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.

Məktəblilər hər zaman üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.


Açar sözlər: ,  ,