27.01.2023

"Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib

Yanvarın 27-də Gədəbəy şəhər İ.Əliyev adına tam orta məktəbdə "Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər dövlət quruculuğuna böyük töhfələr vermiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.

Sonra məktəbin şagirdləri Heydər Əliyevə həsr edilən şeirlər səsləndirib, mahnılar ifa ediblər.


Açar sözlər: ,  ,