25.01.2023

18 ümumi təhsil müəssisəsində BSQ-lər rəqəmsal formada keçirilir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 18 ümumi təhsil müəssisəsində BSQ-lər (böyük summativ qiymətləndirmə) rəqəmsal formada keçirilir.

Rəqəmsal böyük summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədi təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.


Açar sözlər: ,