24.01.2023

"Erkən nikaha yox deyək" mövzusunda maarifləndirici tədbir təşkil edilib

 

Yanvarın 24-də Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə "Erkən nikaha yox deyək" mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə məktəbin psixoloqu və yuxarı sinif şagirdləri iştirak ediblər. Məktəbin psixoloqu Fəridə Mahmudova “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə məlumat verib. Həmçinin, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsəllərdən olduğunu qeyd edib.

Tədbir mövzusu diskussiya forması ilə yekunlaşıb.


Açar sözlər: ,