23.01.2023

I yarımili üzrə Böyük Summativ Qiymətləndirmələr həyata keçirilir

Ümumi təhsil məktəblərində 2022-2023-cü tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) həyata keçirilir.

Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.

Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.


Açar sözlər: ,