19.01.2023

İlk dərs və məşğələlər 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr edilib

 

Yanvarın 19-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs və məşğələlər 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr edilib.

Keçirilən dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar.

Qeyd edək ki, “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən I-IV sinif şagirdləri üçün 20 Yanvar şəhidləri”, V–IX sinif şagirdləri üçün “20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X–XI sinif şagirdləri üçün 20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” mövzularında dərslər keçirilib.


Açar sözlər: ,  ,