18.01.2023

“Gender bərabərliyi” mövzusunda dəyirmi masa təşkil edilib

Yanvarın 18-də Ağstafa şəhər S.Şükürova adına 3 nömrəli tam orta məkrəbdə “Gender bərabərliyi” mövzusunda dəyirmi masa təşkil edilib.

Dəyirmi masada məktəbin psixoloqu və 8-ci sinif şagirdləri iştirak ediblər.

Məktəbin psixoloqu iştirakçılara gender bərabərliyi, qanunvericiliyə uyğun olaraq bərabər imkanlardan istifadə, təhsildə mövcud olan gender göstəriciləri, həmçinin təhsildən yayınma və onun səbəbləri haqqında danışıb, fəsadlarını izah edib.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,