17.01.2023

“Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici söhbət aparılıb

Yanvarın 18-də Qazax rayon Fərəhli kənd ümumi orta məktəbdə “Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici söhbət aparılıb.

Şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,