Yanvarın 17-də Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib seçilən "Şagirdlərin karyera məktəbi" layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.
Layihənin əsas məqsədi Gədəbəy rayonunda təhsil alan 6-10-cu sinif şagirdlərinin şəxsi inkişaf və karyera planlamalarına dəstək olmaq, bu istiqamətdə onlara yeni bilik və bacarıq qazandırmaq, eyni zamanda XX əsr bacarıqları ilə şagirdləri tanış etmək və bu bacarıqları inkişaf etdirməyin üsullarını öyrətməkdən ibarət olub.
Layihənin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.