Yanvarın 14-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda Aşağı Kəsəmən kənd tam orta məktəbin şagirdləri üçün dərslər təşkil edilib.
Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə ətraflı tanış olublar. Sonra mərkəzin rəhbəri Ləman Cəlilova şagirdlərə Ulu Öndərin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verib.
Dərs aktiv diskusiya şəklində davam edib və şagirlərin sualları cavablndırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı bu cür tədbirlər il boyu davam etdiriləcək.