16.01.2023

"Peşə seçimində özünü kəşf et" layihəsinin bağlanış mərasimi keçirilib

 

Yanvarın 16-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrand müsabiqənin qalib layihələrindən olan "Peşə seçimində özünü kəşf et" layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində layihədə keçirilən təlimlər haqqında geniş məlumat verilib. Layihənin əhəmiyyətindən və şagirdlərə göstərdiyi təsirdən danışılıb.Tədbirin sonunda layihə iştirakçıları və şagirdlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihəsinin məqsədi Ağstafa rayon Qıraq Kəsəmən kənd X.Mirzəyev adına tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün yönləndirmək, onlara doğru yol göstərmək,onlarda sərbəst qərar vermə,fikir ifadə etmə, müzakirə etmə, qərar qəbul etmə qabiliyyətini təkmilləşdirmə və onlarda şəxsi keyfiyyət və bacarıqların formalaşdırılmasına  şərait yaratmaqdan ibarət olub.


Açar sözlər: ,