12.01.2023

“Heydər Əliyev İli” ilə əlaqədar olaraq tədbir keçirilib

 

Yanvarın 12-də Ağstafa rayon Həsənsu kənd tam orta məktəbində “Heydər Əliyev İli” ilə əlaqədar olaraq tədbir keçirilib.

Tədbirdə məktəbin müəllimləri və 8-ci sinif şagirdləri iştirak ediblər. Məktəbin tarix müəllimi Əsmət Əliyeva ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdlərə geniş məlumat verib. Həmçinin, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasından danışıb. Sonra tədbir şagirdlərlə diskussiya şəklində davam etdirilib.

Qeyd edək ki, 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunub.


Açar sözlər: ,  ,