Yanvarın 12-də Ağstafa rayon Böyük Kəsik kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici söhbət aparılıb.
Bu cür söhbətlərin aparılmasında məqsəd yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırmaq, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyini artırmaqdır.
Çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.
Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.