Yanvarın 11-də Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbdə "Məktəbdaxili intizam qaydalarına birgə əməl edək" mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxış edənlər “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” barədə geniş danışıblar.
Məlumat üçün bildirik ki, bu sənəd ümumi təhsil müəssisəsi təhsilalanlarının hüquqlarını təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir.