11.01.2023

“Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici söhbət aparılıb

Yanvarın 11-də Ağstafa şəhər texniki-humanitar təmayüllü liseydə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici söhbət aparılıb.

Bu cür söhbətlərin aparılmasında məqsəd yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırmaqdır.

Liseyin psixoloqu Sevinc Niyazova ağ ölüm kimi tanınan narkomaniya bəlasınin insan həyatında sağalmaz fəsadlarından danışıb. Uşaqlara zərərli vərdişlərdən uzaq durmaq və bu vərdişlərin hansı fəsadlar yaratdığı barədə psixoloji söhbətlər aparıb.

Sonda şagirdlər tərəfindən verilən suallar cavablandırılıb.


Açar sözlər: ,  ,