10.01.2023

“Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, mövzularında maarifləndirici tədbir keçirilib

Yanvarın 10-da Tovuz rayonu üzrə təhsil sektorunun, Tovuz rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon polis şöbəsinin əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, habelə erkən nikahın yaratdığı fəsadlar barədə gəncləri daha geniş məlumatlandırmaqdır.

Çıxış edənlər narkomaniyanın yaratdığı problemlərdən, zərərli vərdişlərdən danışıblar. Həmçinin, erkən nikah probleminin qarşısının alınması istiqamətində görülən işlər barədə  məlumat verilib.  Problemin həll olunması üçün valideyn, müəllim və məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etməsinin əhəmiyyəti vurğulanıb.

Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,