Yanvarın 10-da ADA Universitetinin Qazax Mərkəzi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 7-9-cu sinif şagirdləri arasında "Həyat hekayələri" adlı hekayələrin ifadəli oxusu müsabiqəsinə start verilib.
Layihənin əsas məqsədi şagirlər arasında oxu bacarığını formalaşdırmaq, ədəbiyyat sahəsinə olan marağı artırmaq, Azərbaycan ədəbiyyatının nümayəndələrinin əbədi irsini təbliğ etməkdir.
Müsabiqənin açılış mərasimi Qazax rayonundan başlanıb. Yanvar ayı ərzində regionun digər dörd rayonunda da baş tutacaq.