06.01.2023

635 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb

Respublika fənn olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrindən 635 şagird Respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, növbəti mərhələ informatika fənni üzrə 18 fevral, digər fənlər üzrə 25 fevral 2023-cü il tarixlərində keçiriləcək.

Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 1-15 fevral 2023-cü il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.


Açar sözlər: ,