Dekabrın 23-də Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçasının və Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə şəhid və qazi ailələrinin övladları üçün "Qış nağılı" adlı tədbir keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, müdir müavini Nizaməddin Babanlı, şəhid və qazi ailələri iştirak ediblər.
Tədbirdə uşaqlar musiqi nümunələri ilə çıxış edib, kompozisiyalar nümayiş etdiriblər.