Dekabrın 25-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 3366 şagird Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak edib.
Olimpiada 9 mərkəzdə təşkil edilib.
Fənn olimpiadaları 8, 9,10,11-ci siniflər arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya) üzrədir.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.