08.12.2022

Slavyanka kənd 2 saylı tam orta məktəbin 130 illik yubileyi 

Dekabrın 8-də Gədəbəy rayon Slavyanka kənd Xitab İsmayılov adına 2 saylı tam orta məktəbin 130 illik yubileyi keçirilib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətindən qonaqlar, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

RİH başçısı çıxışı zamanı ölkədə təhsilin inkişafından, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb, məktəbin uğurlarının gələcəkdə də davamlı olması üçün öz səmimi arzularını çatdırıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev məktəbin yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Son zamanlar təhsil sahəsində baş verən yeniliklərdən danışıb.

Tədbir bədii hissə ilə davam edib.

Qey edək ki, Slavyanka kənd Xitab İsmayılov adına 2 saylı tam orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə inşa edilib.


Açar sözlər: ,