Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək.
Müsahibələrin 05-07 dekabr tarixləri aralığında Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş 151 namizəddən 52 nəfəri müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Həmçinin test imtahanı mərhələsinin nəticələri barədə namizədlərin əlaqə nömrələrinə SMS bildiriş göndərilib.