01.12.2022

Buraxılış imtahanına hazırlıq məqsədi ilə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.

Dekabrın 1-də Gədəbəy rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə IX sinif şagirdləri arasında buraxılış imtahanına hazırlıq məqsədi ilə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib. Monitorinq Gədəbəy şəhər İ.Əliyev adına 1 saylı tam orta məktəbi, Slavyanka kənd X.İsmayılov adına 2 saylı tam orta məktəbi, Kiçik Qaramurad kənd N.Gəncəvi adına tam orta məktəbi və Novo Saratovka kənd tam orta məktəbi olmaqla ümumilikdə 4 mərkəzdə keçirilib. İmtahanda Gədəbəy rayon ümumi təhsil müəssisələrindən 650 nəfər şagird iştirak edib. Şagirdlərin nəticələri yoxlanıldıqdan sonra onlara bildiriləcək və müzakirələr aparılacaq.


Açar sözlər: ,