28.11.2022

"Zəfər dastanı" adlı respublika şeir və mahnı müsabiqəsinin qalibləri 

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər dastanı" adlı respublika şeir və mahnı müsabiqəsinin qalibləri məlum olub.

Belə ki, Şəmkir şəhər M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb- liseyin şagirdi Qarayeva Banuçiçək Eldəniz qızı, Şəmkir şəhər Morul tam orta məktəbin şagirdləri Cəfərov Emin İlham oğlu, Tağıyeva Nərmin Ramin qızı, Şəmkir rayon Abbaslı kənd Ə.Ələkbərov adına tam orta məktəbin şagirdi Məmmədova Nuray Səxavət qızı həvəsləndirici yerlərə layiq görülüblər.


Açar sözlər: ,