Noyabrın 24-də Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbdə psixoloq və UBTR-in təşkilatçılığı ilə 9-cu sinif şagirdlərinə "Düzgün peşə seçimi gələcəyimiz üçün uğurlu təminatdır" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Çıxış edənlər şagirdlərin peşə və ixtisaslara düzgün istiqamətləndirilməsi bir şəxsiyyət kimi formalaşmalarında mühüm rol oynadığını qeyd ediblər.
Tədbirdə şagirdlərin peşə seçimi ilə bağlı fikirləri ətrafında geniş müzakirələr və maraqlı diskussiyalar aparılıb.