23.11.2022

"Narkomaniya ağ ölüm" adlı maarifləndirici tədbir təşkil edilib

Noyabrn 23-də Ağstafa rayon Həsənsu kənd tam orta məktəbində "Narkomaniya ağ ölüm" adlı maarifləndirici tədbir təşkil edilib. Tədbirdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər iştirakçılara bəşəriyyətin ən qorxulu bəlalarından biri olan narkomaniya-“ağ ölüm” və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. Həmçinin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində danışıblar.

Tədbirin sonunda videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,