Noyabrın 22-də Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseydə "dəyirmi masa" təşkil edilib. "Dəyirmi masa"da Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” müzakirə olunub.
Direktor əvəzi Dağbəyi Orucov hər iki sənədin mahiyyəti barədə ətraflı məlumat verərək bunun ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu qaydalar şagirdlərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.
“Dəyirmi masa”da məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.