21.11.2022

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Noyabrın 20-də Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə təşkil edilən imtahanda 70 namizəd iştirak edib.

Qeyd edək ki, imtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunub.


Açar sözlər: ,