14.11.2022

"Eco-cop Ekologiya keşikçiləri" layihəsi çərçivəsində  təltifetmə mərasimi keçirilib

Noyabrın 14-də Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrand-müsabiqənin qalib layihələrindən biri olan "Eco-cop Ekologiya keşikçiləri" layihəsi çərçivəsində həyata keçirilmiş GREEN Olympiad qaliblərinin təltifetmə mərasimi keçirilib.

Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə təçkil edilən tədbirdə olimpiyadada yüksək nəticə göstərən məktəblilər, onların biologiya müəllimləri, təhsil aldıqları məktəblərin direktorları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə layihənin və olimpiyadanın keçirilmə məqsədləri və olimpiyada nəticələri haqqında iştirakçılara məlumat verilib. Daha sonra şagirdlər diplom və xüsusi geyimlər təqdim edilib.