17.11.2022

Direktor müavinlərinin işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Noyabrın 17-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

İmtahanda qeydiyyatdan keçən 158 nəfərdən 151 nəfər iştirak edib. İmtahan Şəmkir şəhəri F.Salmanov adına tam orta məktəbdə keçirilib.

Namizədlər 80 dəqiqə ərzində 40 sualı cavablandırıblar. Nəticələr məlum olduqdan sonra namizədlərə sms göndəriləcək.


Açar sözlər: ,