15.11.2022

"Mən öz hüquqlarımı bilirəm" mövzusunda "dəyirmi masa" keçirilib

Noyabrın 15-də Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən uşaq hüquqları aylığı çərçivəsində "Mən öz hüquqlarımı bilirəm" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə çıxış edənlər şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar veriblər.

Tədbirdə şagirdlər kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.


Açar sözlər: ,